prosport a7070b0df42840536d409c87c o 1

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “DAF” markalı yük maşını qarşısında hərəkət edən digər yük avtomobili olan “KAmaz”a çırpılıb. Nəticədə “DAF” markalı yük maşınının sürücüsü Qocayev Aydın Qoca oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş: