İlkin versiyaya görə, onları oğulları Nik Reyner qətlə yetirib.
Hazırda onun polisdə dindirildiyi qeyd edilir.
Təcili yardım briqadaları Reyner və həyat yoldaşı Mişelin yaşlarına uyğun kişi və qadının cəsədlərini aşkar ediblər.
Qətldən sonra ev yandırılıb və bu səbəbdən cəsədlərin kimliyini müəyyən etmək çətin olub.
Bildirilir ki, oğul Nik Reyner əvvəllər narkotik asılılığı ilə mübarizə aparıb. O, dəfələrlə reabilitasiya mərkəzində müalicə alıb.
***09:09
Rejissor Rob Rayner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıblar.
Globalinfo.az xəbər verir ki, bununla bağlı “Vesti” nəşri məlumat yayıb.
78 yaşlı Rob Rayner və onun həyat yoldaşı, fotoqraf və prodüser Mişel Singer Raynerin bıçaq xəsarətləri olan cəsədləri Los-Ancelesin Brentvud rayonundakı evlərində aşkarlanıb.
Hadisə yerinə polislər gəlib, baş verənlərlə bağlı rəsmi versiya hələ açıqlanmayıb.
Qeyd edək ki, Rob Rayner “This Is Spinal Tap!”, “A Few Good Men”, “Being Charlie”, eləcə də Morqan Friman və Cek Nikolsonun rol aldığı “The Bucket List” (“Ölməzdən əvvəl”) kimi filmlərin rejissorudur.
Safura Bənnayeva
Globalinfo.az