“ABŞ Prezidenti Donald Tramp Cefri Epşteyn haqda faylların dərc edilməsindən narahatdır. Ağ Ev rəhbəri sənədlərdə onun adının çəkilməsi səbəbindən panika vəziyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri amerikalı demokrat senator Kris Merfi deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti sözügedən sənədlərlə bağlı məlumatlıdır:
“Donald Tramp uşaqlara qarşı seksual zorakılıqla məşğul olan cinayətkar qrupun mərkəzində olub. Onun belə açıq-aşkar, qorxaq və əxlaqsız bir hərəkətdə iştirak etməsi narahatedicidir. Ehtimal etmək olar ki, bu məlumatlarda onu konkret komprometasiya edən nəsə olmasaydı, o, hekayəni bu qədər qəzəblə təkzib etməz və nümayəndələr palatasındakı respublikaçıları qorxutmağa çalışmazdı”.
Qeyd edək ki, milyarder cinsi cinayətkar Cefri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində çoxsaylı sabiq yüksək vəzifəli şəxslərin adları hallanır. O, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu.
Safura Bənnayeva
Globalinfo.az