ramaldanov

Hərbi ekspert Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:

“2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər”.

***00:42

Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar:

“Komandirdən aldığım məlumata əsasən, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək”.

Qeyd edək ki, bundan öncə qəza ilə bağlı FHN məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Paylaş: