“Finlandiya Rusiya ilə sərhədi boyunca təxminən 140 kilometrlik hasar çəkib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Uutissuomalainen” Finlandiya Sərhəd Mühafizəsinə istinadən məlumat yayıb.
“Sərhədi davamlı olaraq izləmək üçün hər 20 metrdən bir kameralar, hər 500 metrdən bir texniki xidmət qapılar və hər 3 kilometrdən bir heyvan keçidləri quraşdırılacaq. Hasarın hündürlüyü 4,5 metrdir və yuxarı hissəsində tikanlı məftillər var”, – nəşr qeyd edib.
Qeyd olunub ki, Rusiya-Finlandiya sərhədinin ümumi uzunluğu 1300 kilometri keçir:
“Finlandiya hakimiyyəti məhdud maliyyələşdirmə səbəbindən bütün uzunluq boyu hasar tikə bilməyəcəklərini etiraf edir. Tikintinin ümumi dəyəri 2,5 milyard avro olaraq qiymətləndirilir. Finlandiya hakimiyyəti hər 200 kilometr hasar üçün təxminən 362 milyon avro xərcləyir”.
Əliyar Xəlil
Globalinfo.az