Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, onların görüşü liderlərin iştirak etdiyi “Sülh və Etimad: Davamlı Gələcək üçün Məqsəd Birliyi” beynəlxalq forumu çərçivəsində keçirilib.
Qeyd edək ki, Putin və Pezeşkian bundan əvvəl sentyabr ayında Pekində keçirilən ŞƏT sammiti çərçivəsində görüşmüşdülər.
Safura Bənnayeva
Globalinfo.az