1684314422 03eb58dae0e6901414ec0834e43198f7 2

Gəncədə baş vermiş yol-nəqliyyat qəzasında xəsarət alan yaralıların sayı artıb.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə zamanı 2006-cı il təvəllüdlü Günel Hüseynova və 1999-cu il təvəllüdlü Rəhim Zamanovla yanaşı, 1958-ci il təvəllüdlü Natiq Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil daş hasara çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

***18:23

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: