2023 09 10 18 43 21UwEcQGu1yTI4fJfU5on6 file

AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun bağ evində də axtarış aparılıb.

Globalinfo.az “Bakupost.az”a istinadla xəbər verir ki, bu barədə AXCP fəalları məlumat yayıb.

Bildirilib ki, axtarışdan sonra Elnur Seyidovun telefonu götürülüb.

Qeyd edək ki, Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində 29 noyabrda saxlanılıb, 1 dekabrda isə onun barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçilib. AXCP sədrinə qarşı CM-in 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) üzrə ittiham elan edilib.

Paylaş: