Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nu Moskvanın düşməni elan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.
Medvedev yazıb ki, Şimali Atlantika Alyansı Rusiya–NATO Şurasının fəaliyyətini dayandırdığını sevinclə açıqlayıb və bu sevincdə Alyansı dəstəklədiyini vurğulayıb. O əlavə edib:
“NATO bizim düşmənimizdir. Biz hansı “şuradan” danışırıq? Düşmənlə mübarizənin bir yolu var. Maksim Qorkinin dediyi kimi: “Düşmən təslim olmasa, məhv olar”.”
Tahir Turan
Globalinfo.az