v 14

TÜRKPA Beynəlxalq Katibliyinin məlumatına görə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev 29 noyabr – 1 dekabr 2025-ci il tarixlərində TÜRKPA-nın Beynəlxalq Seçki Müşahidə Missiyasının tərkibində Qırğız Respublikasında keçirilən erkən parlament seçkilərinin qısamüddətli müşahidəsində iştirak edib.

Globalinfo.az bildirir ki, missiyanın tərkibinə eyni zamanda Qazaxıstan Respublikası Parlamenti Senatı və Məclisinin, Türkiyə Böyük Millət Məclisinin üzvləri, eləcə də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, TÜRKPA Beynəlxalq Katibliyinin və Türkiyə Böyük Millət Məclisinin əməkdaşları daxil olub.

29 noyabr 2025-ci il tarixində cənab Feyziyev Qırğız Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyasının (MSK) sədri Tınçtık Şaynazarov ilə keçirilən görüşdə iştirak edib. MSK sədri seçkilər haqqında Missiya üzvlərinə geniş məlumat verib, xüsusilə səsvermədə tətbiq edilən yeni avadanlıq və məsafədən səsvermə sistemi barədə danışıb.

Cavanşir Feyziyev görüşdə çıxış edərək səmimi qəbula görə təşəkkürünü ifadə edib və seçkilərdə qırğız xalqına uğurlar arzulayıb.

30 noyabr 2025- ci il tarixində Missiya növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib. Cənab Feyziyev Bişkek şəhərində çox sayda səsvermə məntəqələrində səsvermə prosesini məntəqələrin açılışı və səslərin sayılmasına qədər müşahidə edib. O, seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə söhbət edib və Qirğızstan kütləvi informasiya vasitələrinə müsahibələr verib.

1 dekabr 2025-ci il tarixində Cavanşir Feyziyev seçkilərin yekunlarına dair keçirilən mətbuat konfransında iştirak edib. Cənab Feyziyev çıxışında qeyd edib ki, növbədənkənar parlament seçkiləri Qırğız Respublikasının milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq şəffaf və demokratik mühitdə həyata keçirilib.

media img 20251202 wa0010 media img 20251202 wa0009 media img 20251202 wa0008 ayb0j7v6rqcinu9z8f23 media img 20251202 wa0007 media img 20251202 wa0006 media img 20251202 wa0005 media img 20251202 wa0004 media img 20251202 wa0003 3yczln4mv9ji6qt7wpua media img 20251202 wa0002 media img 20251202 wa0001 media img 20251202 wa0000 b6uaze2ymji5gshwrl97

Paylaş: