muharibe

Avropa İttifaqı (Aİ) açıq şəkildə müharibəyə hazırlığın tərəfdarıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Valeri Revenko deyib.

“Onların siyasəti vəziyyəti gərginləşdirməyə yönəlib. Bunu qətiyyən gizlətmirlər”, – o bildirib.

Revenko qeyd edib ki, Belarus və Rusiya silahlı qüvvələrinin sentyabrın 12-dən 16-dək keçirilən “Zapad-2025” birgə strateji təliminə 15 ölkədən 150-dən çox jurnalist, o cümlədən Aİ-nin demək olar ki, bütün üzv ölkələrindən nümayəndələr dəvət olunub. Lakin onların əksəriyyəti dəvətə məhəl qoymayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: