zaxarova 1

Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna edilən hücumlar barədə dünyaya məlumat verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz bu terror aktı ilə bağlı bütün beynəlxalq platformaları məlumatlandıracağıq. Buna heç bir şübhə yoxdur”, – o bildirib.

Qeyd edək ki, Ukraynanın pilotsuz katerləri Novorossiysk dəniz terminalına hücum edərək terminalın yanalma hissəsini zədələyib. Partlayışdan sonra Novorossiysk dəniz limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb və tankerlər sudan çıxarılıb. Neft sızmasının qarşısı alınıb.

Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumu Rusiya, ABŞ, Qazaxıstan və bir sıra Qərbi Avropa ölkələrinin ən böyük yanacaq-energetika şirkətlərini birləşdirir. Qazaxıstan Xarici İşlər Nazirliyi də hadisəyə etiraz edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: