İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Əli Naini regional vəziyyətlə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Asr İran” məlumat yayıb.
O bildirib ki, İran hazırkı geosiyasi gərginliklər fonunda mümkün hərbi qarşıdurma ehtimalını diqqətlə izləyir və bütün bölmələr yüksək döyüş hazırlığı rejiminə keçirilib.
General Naininin sözlərinə görə, SEPAH bölgədəki dəyişən təhlükəsizlik mühitini nəzərə alaraq, həm müdafiə, həm də qarşıdurma ssenarilərinə uyğun strategiyalar hazırlayıb:
“Müharibə hər an başlaya bilər. Bu səbəbdən bütün qüvvələrimiz tam hazırlıq vəziyyətindədir və bütün ehtimalları nəzərə alırıq”.
Tahir Turan
Globalinfo.az