“Ukrayna Prezidenti Volodimir Zelenskinin hələ də Qərbə söykənmək şansı var, amma Avropada əmələ gələn yara hər halda deşiləcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram hesabında paylaşım edib.
O bildirib ki, Qərbin yarası getdikcə böyüyür:
“Kiyev də özünü amputasiya etməli və bədəninin çürümüş hissəsini kəsməlidir. Yəni onlar Zelenskidən qurtulmalı olacaq, əks halda Ukrayna məhvə məhkumdur”.
Medvedevin sözlərinə görə, Kiyev rejiminin qaçılmaz və ağrılı şəkildə məhv olması üçün ən yaxşı katalizator Rusiya Silahlı Qüvvələrinin cəbhədəki uğurudur.
Əliyar Xəlil
Globalinfo.az














