WhatsApp Image 2025 12 27 at 00.44.21

Türkiyə Xarici İşlər Nazirliyi Yəməndəki son hadisələr fonunda narahatlığını ifadə edib və Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin ölkədə təhlükəsizlik və sabitliyin qorunması səylərini alqışlayıb.

Globalinfo.az-ın xəbərinə görə, Nazirliyin açıqlamasında bildirilir ki, Türkiyə Səudiyyə Ərəbistanının gərgin vəziyyət fonunda tutduğu ağlabatan mövqeyi və Ər-Riyad ilə Əbu-Dabinin Yəməndə sabitliyi təmin etmək üçün atdıqları addımları müsbət qiymətləndirir.

Ankara həmçinin Yəmənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, eləcə də ölkədə sülh və rifaha nail olmağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyini təsdiqləyib.

Qeyd edək ki, dekabrın əvvəlində Keçid Şurasının silahlı qüvvələri Hadramaut və Əl-Mahra əyalətlərini nəzarətə götürüb. Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi şura qüvvələrinin bölgədən çıxarılması üçün Səudiyyə Ərəbistanına müraciət edib. Ər-Riyadın vasitəçiliyi ilə çıxarılma barədə saziş imzalanmasına baxmayaraq, hələ icra olunmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: