Şoyquya sui-qəsd cəhdinin pərdəarxası – rus deputat açıqladı

Şoyquya sui-qəsd cəhdinin pərdəarxası - rus deputat açıqladı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd planının məqsədi bizə təzyiq göstərmək və cəmiyyətdə çaxnaşma yaratmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

“Sergey Şoyqu nüfuzlu fiqurdur. Terrorçuların məqsədi bəllidir, bu cür hərəkətlər onlara xasdır”, – o bildirib.

Deputat həmçinin Qərb ölkələrini də hədəf alıb:

“Onlar Kiyevi silah-sursat və partlayıcı maddələrlə təmin edir, bununla da Ukrayna kəşfiyyat orqanlarına terror əməliyyatlarının keçirilməsində köməklik göstərirlər”.

Qeyd edək ki, noyabrın 14-də FSB yüksək rütbəli bir rus məmuruna qarşı sui-qəsdin qarşısını aldığını elan etsə də, onun adını açıqlamayıb.

İddialara görə, Ukrayna kəşfiyyat orqanının hədəfi Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu olub.

Əliyar Xəlil
Globalinfo.az