
Fransanın müdafiə naziri Ketrin Votren Ukrayna Prezidenti Volodimir Zelenskini öldürülmüş karikaturaçı Jorj Volinski ilə səhv salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Matin” nəşri xəbər verib.
Qeyd olunur ki, Zelenski Fransaya səfər edərək Prezident Emmanuel Makronla görüşüb. Tədbir zamanı Votren Ukrayna prezidentini “müsyo Volinski” adlandırıb.
Daha bir maraqlı məqam isə söhbət əsasında yaşanıb. Belə ki, görüş zamanı Zelenski Makronla danışmaq üçün tərcüməçilər tapa bilməyib və ironik şəkildə qeyd edib ki, “tərcüməçilər mağazaya gediblər”.
Safura Bənnayeva
Globalinfo.az