static images.vnncdn.net vps images publish 000001 000003 2024 5 26 dmitry medvedev 1637 900x600 1

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaxın Şərqdə atəşkəsin pozulması ilə bağlı şərh verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabı “X”da yazıb.

Medvedev atəşkəsin uğuruna şübhə ilə yanaşdığını bildirdiyi əvvəlki nəşrə istinad edərək bunları bildirib:

“Beləliklə, budur, Hörmüz boğazı yenidən bağlanıb. Silahlar işləyir. Yenidən müharibə başladı”, – deyə o, ingilis dilində yazıb.

Qeyd edək ki, 8 apreldə İsrail Müdafiə Qüvvələri (İMQ) Livan boyunca indiyə qədərki ən böyük hücumuna başladıb. İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf isə ABŞ-ı danışıqlar başlamazdan əvvəl sülh planının on bəndindən üçünü pozmaqda günahlandırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: