ABŞ-da Şayni adlı şəxs dostlarına öz ayağından hazırlanmış tako (Meksika yeməyi) yedirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə “What Was It Like” verilişində danışıb.
Şayninin sözlərinə görə, 2016-cı ildə motosiklet qəzasında ayağının bir hissəsi amputasiya edildikdən sonra həkimləri razı salaraq həmin hissəni götürüb. Əvvəlcə onu konserv etmək istəsə də, sonradan dostları ilə paylaşmağa qərar verib.
“Dostlarım məni üç-dörd dəqiqə çeynədilər. Bir dostuma əzələdən ibarət hissə düşdü və o, uzun müddət çeynədikdən sonra uddu”, — Şayni qeyd edib.
O bildirib ki, ət çox sərt qalıb və 12 nəfərlik süfrədə nisbətən gərgin atmosfer yaranıb. Buna baxmayaraq, Şayni təcrübəsindən məmnun olduğunu bildirib:
“Hamının bir araya gəlməsi çox gözəl idi. Mənim üçün özümü onlarla paylaşmaq xoş oldu”.
Qeyd edək ki, ABŞ-da hannibalizm qanunla qadağan edilməsə də, Aydaho ştatında cinayət hesab edilir və həbs cəzası nəzərdə tutulub.
Safura Bənnayeva
Globalinfo.az














