“Avropa gec-tez Rusiya ilə birbaşa danışıqlara başlamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Birbaşa danışıqlar üçün vaxt gəldikdə bunu mütləq etmək lazımdır”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun yaxın iki-dörd il ərzində NATO ölkələrinə hücum edə biləcəyi deyilirdi.
Bu fonda Macarıstanın Baş naziri Viktor Orban da bəyan edib ki, Avropa İttifaqı (Aİ) müharibə yolundadır.
Əliyar Xəlil
Globalinfo.az