SEPAH-ın sözçüsü Əli Məhəmməd Naininin İranın ali rəhbəri Əli Xameneinin ölkədəki nüfuzu barədə fikirləri geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
O, Xameneinin mövqeyini İslam peyğəmbəri və imamlarla müqayisə edərək, dini-siyasi fiquru bənzərsiz lider kimi təqdim edib.
Naini 12 günlük müharibə ilə bağlı çıxışında Xameneinin regional siyasətə və hərbi-strateji planlamaya təsirinin misilsiz olduğunu iddia edib:
“Ali rəhbərin rolu heç bir siyasi, ideoloji və ya hərbi sistemlə müqayisə oluna bilməz. Onu yalnız imamlar və İslam peyğəmbəri ilə müqayisə etmək olar”, – deyə SEPAH sözçüsü bildirib.
Bu fikirlər İran daxilində dindarlar, mühafizəkarlar və islahatçılar arasında fərqli reaksiyalar doğurub.
Tahir Turan
Globalinfo.az