309927 v08ai8bgk0

Marşal Adaları bayrağı altında üzən neft tankeri Oman körfəzində İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən ələ keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xor Fakkan şəhərindən təxminən 20 dəniz mili (37 km) şərqdə baş verib. Bildirilir ki, tanker BƏƏ-dən Sinqapura doğru hərəkət edirmiş.

“CBS News”un məlumatına görə, hücumda üç kiçik qayıq iştirak edib. Yük gəmisi daha sonra İranın ərazi sularına yönləndirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” pilotsuz təyyarəsi İran ordusunun Oman körfəzindəki əməliyyatını bir neçə saat izləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: