Ramil Seferov 750x420 1

Ermənistan-Macarıstan futbol matçı zamanı erməni azarkeşlər təxribata əl atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb.

Belə ki, azarkeşlərin qaldırdığı bannerin üzərində “Ermənistana xoş gəlmisiniz. Burada dinc yata bilərsiniz” sözləri yazılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bannerin mətninin 2004-cü ilin fevralında Budapeştdə baş vermiş hadisəyə – azərbaycanlı hərbçi Ramil Səfərov tərəfindən erməni terrorçu Qurgen Marqaryanın məhv edilməsinə eyham olduğu bildirilir.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, stadionlarda nifrət çağırışları və siyasi məzmunlu mesajların nümayişi ciddi şəkildə qadağandır.

5238033872895807466

Tahir Turan
Globalinfo.az

Paylaş: