“Pakistan terrorizmə qarşı müharibə vəziyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu müdafiə naziri Xavaca Asif İslamabadda baş verən terror hücumunu şərh edərkən deyib.
“Biz müharibə vəziyyətindəyik. Terror hücumuna qarşı mübarizə bütün Pakistan üçün bir savaşdır. Pakistan ordusu hər gün qurbanlar verir”, – deyə nazir X-də yazıb.
Eyni zamanda, müdafiə naziri vurğulayıb ki, hazırkı vəziyyətdə sərhəddə razılaşma ilə bağlı Əfqanıstanla uğurlu danışıqlara böyük ümidlər bəsləmək olmaz.
Əliyar Xəlil
Globalinfo.az