tramp 1

ABŞ prezidenti Donald Trampın vəzifə fəaliyyətini bəyənənlərin payı 32 faizə düşüb.

Globalinfo.az xəbər verir ki, bu, Trampın siyasi karyerasında qeydə alınan ən aşağı göstəricidir.

Sorğuya əsasən, Respublikaçılar arasında Trampın fəaliyyətinə dəstək bir həftə ərzində 82 faizdən 73 faizə enib. Ötən həftə ölkə üzrə ümumi göstərici 35 faiz təşkil edib.

“Reuters” yazır ki, sorğuda respondentlərin yalnız 17 faizi Trampın yaşayış xərclərinin artımının qarşısının alınması istiqamətindəki fəaliyyətini bəyənib. Agentlik reytinqdəki dəyişikliklərdə yaşayış xərcləri ilə bağlı narazılıq və İranla müharibə fonunda artan yanacaq qiymətlərinin rol oynadığını qeyd edir.

“Reuters/Ipsos” sorğusu onlayn formatda keçirilib və ABŞ üzrə 1277 yetkin şəxsin cavablarını əhatə edib. Sorğunun xəta payı 3 faiz bəndidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: