iran ordusu

İranın nüvə proqramı ətrafında danışıqların dayanması və beynəlxalq monitorinqin aparılmaması bölgədə ciddi gərginlik yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, regionda təhlükəli bir durğunluq müşahidə olunur. Heç bir diplomatik proses getmir, İranın nüvə ehtiyatlarının həcmi barədə dəqiq məlumat yoxdur və müstəqil nəzarət həyata keçirilmir.

Bir çox Körfəz ölkələri hesab edir ki, bu vəziyyət, xüsusilə İsrailin uzun müddətdir İranın nüvə proqramını mövcudluq üçün təhdid kimi görməsi fonunda, yeni bir hərbi qarşıdurmanı qaçılmaz edə bilər.

Nəşr xəbərdarlıq edir ki, bölgədəki qeyri-müəyyənlik istənilən anda İsrailin İrana qarşı hərbi əməliyyatına səbəb ola bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: