hakan fidan

Bu həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Müdafiə naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın Pakistan səfərə edəcəklər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

Səfər zamanı Pakistanla Əfqanıstan arasında uzunmüddətli atəşkəsin bərpası ilə bağlı danışıqların aparılması planlaşdırılır.

Qeyd edək ki, ötən gün R.T.Ərdoğan Bakıda keçirilən hərbi paradda Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: