Litva yük maşınlarının sərhəddə yığılması səbəbindən Belarusu dəmir yolu nəqliyyatını məhdudlaşdırmaqla hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müşaviri İqnas Dobrovolskas deyib.
Onun sözlərinə görə, Vilnüs Belarus dəmir yolu yüklərinin Litva ərazisindən tranzitinə uzunmüddətli məhdudiyyətlər tətbiq etməyi düşünür.
“Biz həmçinin Litva daşıyıcıları üçün Belarus tərəfindən dəymiş ziyanı geri almaq niyyətindəyik. Sahibkarlara artıq bütün itkiləri qeyd etmələri tövsiyə olunub”, – Dobrovolskas vurğulayıb.
Daha əvvəl Litva hakimiyyəti Belarusla sərhəd keçidlərində yüzlərlə yük maşınının gecikməsi barədə məlumat vermişdi. Bunun Belarus tərəfinin atdığı addımlar nəticəsində baş verdiyi iddia olunur.
Əliyar Xəlil