Şimali Koreya lideri Kim Çen In bu dəfə də qızı ilə birlikdə hərbi paradda iştirak etməsi ilə beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Globalinfo.az xəbər verir ki, o, yeniyetmə qızı Kim Cue ilə eyni dəri paltolar geyinərək tribunada yan-yana görüntülənib.
Yerli media bunu təsadüfi detal saymır və Kim Çen Inın qızını ictimaiyyətə planlı şəkildə təqdim etdiyini bildirirlər.
Cənubi Koreya kəşfiyyat orqanları daha əvvəl Kim Cueni Şimali Koreya liderinin ehtimal olunan varisi kimi qiymətləndirib. Analitiklərin fikrincə, son görüntülər də bu ehtimalları gücləndirir və Pxenyan rəhbərliyində mümkün hakimiyyət varisliyi ssenarilərini yenidən gündəmə gətirir.
Tahir Turan
Globalinfo.az