Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin nüvə sınaqlarına hazırlıqla bağlı sərəncamına cavab verib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“O, həyata keçirilməsi üçün qəbul edilib və üzərində iş gedir”, – Lavrov bildirib.
Qeyd edək ki, Noyabrın 5-də Putin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, kəşfiyyat agentlikləri və mülki qurumlara ABŞ-ın oxşar planlarına cavab olaraq nüvə sınaqları ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Bu, müdafiə naziri Andrey Belousovun bu cür hadisələrə dərhal hazırlığın məqsədəuyğunluğu barədə bəyanatından sonra baş verib.
Tahir Turan
Globalinfo.az