“Ermənistan Baş naziri Nikol Paşinyan Serj Sarkisyan və əvvəlki hakimiyyətin gətirdiyi silahları Azərbaycana təhvil verdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O bildirib ki, sözügedən silahlar indi Bakıdakı parad zamanı ermənilərə nümayiş etdiriləcək.
“İlham Əliyev 5-6 milyard dəyərində silahları bizə göstərəcək. Nikol Paşinyan silah şoumenidir. Rəhbərlik etdiyi ölkənin nüvə bombası olsa belə, o, məğlub olmağa məhkumdur. Bunun bariz sübutu 44 günlük müharibənin həlledici anında “İskəndər”dən istifadə edilməməsidir”, – Şarmazanov qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az