serj serkisyan

“2020-ci il müharibəsi zamanı noyabrın 5-də Şuşa artıq təhvil verilmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

“Noyabrın 7-də deyirdilər ki, Şuşa uğrunda döyüşlər davam edir. Bəli, bu belə idi, amma Şuşanı geri almaq üçün davam edirdi. Çünki şəhər artıq noyabrın 5-də təhvil verilmişdi. Biz həmin zaman çox itki verdik”, – deyə o bildirib.

Sərkisyan qeyd edib ki, 44 günlük müharibə zamanı ölkə başçısı olsaydı, 4 günlük aprel döyüşlərindəki kimi hərəkət edərdi:

“Hamı bilirdi ki, hərbi əməliyyatlar 27 sentyabr səhəri başlayacaq, ən vacib şey müharibədən bir gün əvvəlki tarix idi. Həmin zaman əvvəlcə Baş Qərargah rəisinə zəng edərdim, qoşunların ilkin döyüş hazırlığına gətirilib-gətirilmədiyini soruşardım. Müsbət və ya mənfi cavab aldıqdan sonra yenə də “Artsax” Müdafiə Ordusunun komandirinə zəng edib eyni sualı verərdim.

Sonra soruşardım: Cəbhə xəttini yeniləmisiniz? Zenitdən müdafiə, artilleriya vasitələrini hərəkət etdirmisiniz? Tətildən qayıdan komandirlərə zəng etmisiniz?  Bunlar edilməli olan sadə şeylər idi”.

Sərkisyan müharibə zamanı təəccübləndiyi detalı da açıqlayıb:

“Bir neçə saat ərzində hava hücumundan müdafiə vasitələrinin yarısını necə itirmək olardı? Bu, mümkün deyil”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: