“Mən Rusiyanın Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana yükləri göndərməsini alqışlayıram”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Avqustun 8-dən sonra bunun Rusiya və İran üçün mənfi hal olduğu barədə ekspert qiymətləndirmələri olanda biz dedik ki, yox, bu qərar digər məsələlərlə yanaşı, Ermənistan-Rusiya münasibətlərinin inkişafına və dərinləşməsinə də töhfə verəcək. Cəmi 2-3 aydan sonra bizdə artıq konkret inkişaflar – 130 vaqon var.
Təsəvvür edin, bu 130 vaqon nə qədər yük maşınıdır. Mən mövcud fəaliyyəti alqışlayıram. Bu, avqustun 8-dən sonra baş verən hadisələri başa düşməyimiz üçün yaxşı nümunədir”, – Paşinyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az