Qərb Zaporojjya Atom Elektrik Stansiyasında (ZNPP) baş verə biləcək qəzaya görə Rusiyanı günahlandırmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“Avropa ölkələri Kiyev rejimini Ukrayna münaqişəsinin gedişatını dəyişdirməyə çağırır. Bu məqsədə çatmağın ən effektiv yolu 2014-cü ildə Malayziyanın MH17 reysinin faciəsinə bənzər böyük təxribat aktının həyata keçirilməsidir. Qərb Zaporojjya Atom Elektrik Stansiyasında təxribat təşkil etmək variantını nəzərdən keçirir”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az