rubinyan 8

“Düşünürəm ki, bizim müxalifət Azərbaycandan çox asılı vəziyyətdədir. Çünki müxalifətin çıxışlarının böyük bir hissəsi Azərbaycanda formalaşır. Yəni əgər Azərbaycan rəsmiləri bir həftə ərzində heç bir bəyanat verməsələr, bizim müxalifətin də deyəcək sözü qalmayacaq. Ona görə də onların son bəyanatdan (Prezidentin Göyçə haqda dedikləri – red.) sonra sevinməsi təsadüfi deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

“Mən təklif edirəm ki, yazılmış və imzalanmış sənədləri rəhbər tutaq. Bu sənədlərdə sülh nəzərdə tutulur. Tərəflər bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və gələcəkdə heç bir ərazi iddiası irəli sürməyəcəklər. Qalan məsələlər isə manipulyasiya xarakterlidir”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: