“Sədərək”də dava-dalaş – Naxçıvan sakini döyüldü

“Sədərək” ticarət mərkəzində dava olub.

Globalinfo.az xəbər verir ki, yanvarın 18-i saat 08 radələrində ticarət mərkəzinin ərazisində Natiq adlı şəxs xuliqanlıq zəminində Naxçıvan şəhər sakini, 1976-cı il təvəllüdlü Natiq Abbasovu döyüb.

Müxtəlif dərəcəli xəsarətlər alan şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Malik
Globalinfo.az