eliyev pasinyan son 1

“Əliyevin bəyanatına birbaşa cavab verə bilmərəm. Siz məni çətin vəziyyətə qoyursunuz”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbelidə Forum: Sülhü Qurmaq və Çoxşaxəli Əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı ona ünvanlanmış suala cavabında deyib.

Azərbaycan Prezidenti deyib ki, Çar dövrünün xəritələrinə baxsaq, Sevan gölü yoxdur, Göyçə göstərilib. İndi mən desəm ki, Azərbaycan Prezidenti deməyib ki, Sevan gölünün adı Göyçədir, deyib ki, “Çar Rusiyasının xəritələrinə baxsaq, orada Sevan gölü yoxdur” – vəziyyət mürəkkəbləşir. Çünki sualı cavablandırmaq əvəzinə, Prezidentin dediklərini izah etməli oluram”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Göyçə gölündən danışıb. Dövlət başçısı bildirib ki, Çar Rusiyası xəritələrində Sevan adlı göl yoxdur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: