pasinyan

Rusiya Azərbaycan üzərindən Ermənistan dəmir yolu ilə yük daşımalarını həyata keçirə biləcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu, regional kommunikasiyalar açıldıqdan sonra baş verəcək.

Paşinyanın sözlərinə görə, Rusiyanın bu yükləri Ermənistan ərazisinə çatdıra bilməsi ilə bağlı müzakirələr davam edir.

“Hazırda Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun (Zəngəzu dəhlizi) tikintisi ilə bağlı da danışıqlar aparır”, – deyə Nikol bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: