65c5f2ef8f783

Qəzzada müharibə əhalinin təxminən 90 faizinin təxliyəsinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək rütbəli humanitar rəsmisi Muhannad Hadi deyib.

O bildirib ki, Qəzza zolağı boyunca ardıcıl verilən evakuasiya əmrləri 2,3 milyon sakinin təxminən 90 faizini köçkün vəziyyətinə salıb.

“Evakuasiya əmrləri mülki insanları qorumaq əvəzinə onları təhlükə altına atır. Onlar tez-tez atəş altında qaçmağa məcbur edilirlər”, – deyə Hadi vurğulayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik isə bildirib ki, son evakuasiya əmrləri BMT-nin Ümumdünya Ərzaq Proqramının Deyr əl-Bələhdəki anbara girişi itirməsi ilə nəticələnib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: