pit heqset

ABŞ və Çin münaqişə riskini aradan qaldırmaq üçün birbaşa rabitə kanalları yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.

“Biz münaqişələri aradan qaldırmaq və potensial problemləri azaltmaq üçün hərbi əməkdaşlıq kanalları yaratmalıyıq”, – o bildirib.

Heqsetin sözlərinə görə, yaxın vaxtlarda bu kanalların yaradılmasının təfərrüatlarını müzakirə etmək üçün danışıqlar aparılacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: