fotooo

ABŞ Prezidenti Donald Trampla bağlı ilginc məlumat ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News”un jurnalisti Conatan Karl danışıb.

O bildirib ki, 2024-cü ildə sui-qəsd cəhdindən sonra xəstəxanaya aparılan Trampın ilk sualı belə olub:

“Ağ Ev rəhbəri tərəfdarlarından hadisənin mediada işıqlandırılıb-işıqlandırılmadığını soruşub. Ardınca kommunikasiya direktoru Stiven Çeunq Trampa sui-qəsd cəhdindən sonra onun əlini qaldırdığı fotosunu göstərib. “Bu, indiyə qədər gördüyüm ən yaxşı fotoşəkilidir” deyən Tramp fotonu “ikonik” adlandırıb”.

Qeyd edək ki, 2024-cü ildə Tramp iki dəfə sui-qəsd cəhdinə uğrayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: