Avropa Birliyi Ermənistana 5 milyon avro ayırdı – SƏBƏB

Avropa Birliyi Ermənistana 5 milyon avro ayırdı - SƏBƏB

Ermənistan Metsamor Atom Elektrik Stansiyasında qəza risklərini azaltmaq üçün Avropa Birliyindən 5 milyon avro alacaq.

Globalinfo.az xəbər verir ki, bu, “Ermənistanda Nüvə Təhlükəsizliyinin və Radiasiya Mühafizəsinin Gücləndirilməsi” adlı qrant müqaviləsi əsasında həyata keçiriləcək.

Ərazi İdarəetmə və İnfrastruktur Naziri David Xudatyanın sözlərinə görə, qrant vəsaitləri hidrogen rekombinatorlarının – qəza halında qazlardan partlayıcı hidrogeni çıxararaq suya çevirən cihazların alınmasına sərf olunacaq.

2024-cü ildə 12,9 milyon avro dəyərində oxşar müqavilə çərçivəsində Ermənistan stansiya üçün ehtiyat təcili enerji mənbəyi kimi dizel generatorları almışdı.

Bu tədbirlər Yaponiyadakı Fukuşima Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra müəyyən edilmiş yeni təhlükəsizlik standartlarına uyğunluq üçün həyata keçirilir.

Ölkədə yeganə olan Metsamor Atom Elektrik Stansiyası təhlükəsizlik standartlarına uyğun gəlmədiyinə görə tənqid olunub. Mütəxəssislərin fikrincə, bu, bütün region üçün potensial təhlükə yaradır.

Əliyar Xəlil

Globalinfo.az