koroleva 2c6 1761378139071

Tayland kralı Maha Vajiralonqkornun anası kraliça Sirikit 93 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, kral bu səbəbdən ölkədə bir il müddətinə matəm elan edib.

Kraliçanın dəfninin böyük təntənə ilə keçirilməsi üçün göstəriş verilib. Məlumata görə, Sirikit kralın anası olmaqla yanaşı, ölkədə kraliça kimi çox böyük hörmətə sahib olub, insanlar tərəfindən sevilib.

Onun doğum günü olan 12 avqust tarixi Taylandda Analar Günü kimi qeyd edilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: