5453904478286771533

Gümrü sakinləri bələdiyyə binasının qarşısına toplanaraq əməliyyata etiraz edirlər. 

Globalinfo.az xəbər verir ki, sakinlər Qukasyanın saxlanılmasına mane olmağa çalışırlar.

Məlumata görə, bələdiyyə sədrinin binada hərəkəti məhdudlaşdırılıb. 8 əməkdaş isə korrupsiyada ittiham olunaraq saxlanılıb və istintaqa cəlb edilib.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda Gümrü bələdiyyəsində əməliyyat keçirir. 

Globalinfo.az xəbər verir ki, xüsusi təyinatlıların hazırda bələdiyyə zalında axtarış apardığı bildirilir.

Məlumata görə, bələdiyyə sədri Vardan Qukasyan saxlanılıb. Hazırda ərazidə əhali arasında ciddi təşviş yaşanır. İlkin iddialara əsasən, bələdiyyədə korrupsiya halları ilə bağlı ittihamlar var.

MTN-in 60-70 nəfərlik xüsusi təyinatlı qrupu anidən zorla binaya daxil olub.

Qeyd edək ki, yaz aylarında Gümrüdə səs-küylü bələdiyyə seçkiləri keçirildi. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyası seçkilərdə müxalifətə ciddi fərqlə uduzdu. Bu, Paşinyan hökumətinin iflası və 2026-cı ildə keçiriləcək parlament seçkilərində də məğlubiyyət anonsu kimi dəyərləndirildi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: