tramp 2

“ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna indiki cəbhə xəttində dayanmalı və daha sonra sülh müqaviləsi bağlamalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Cümə günü gərgin görüş zamanı Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini bəzi əraziləri Rusiyaya verməyə sövq edib və bu, Ukrayna nümayəndə heyətinin məyusluğuna səbəb olub.

Zelenski ilə görüşdən sonra ABŞ lideri açıq şəkildə mövcud cəbhə xəttində atəşkəsə çağırıb, Ukrayna prezidenti daha sonra jurnalistlərə verdiyi şərhlərdə bu mövqeni təkrarlayıb.

“Biz inanırıq ki, Rusiya və Ukrayna sadəcə olaraq olduqları yerdə, cəbhə xəttində dayanmalıdırlar. İşləri hazırkı kimi kimi buraxın. Bundan sonra nəyisə razılaşdırmaq olar”, deyə Tramp bildirib”, – agentlik qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna tərəfi ilə Rusiyanın xeyrinə mümkün ərazi güzəştlərini müzakirə etdiyini təkzib etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: