Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi ilk dəfə burada işə başladığı illərlə bağlı xatirələrini bölüşüb.
Globalinfo.az xəbər verir ki, Zaxarova həmin vaxt ölkənin çətin dövrdən keçdiyini söyləyib.
XİN rəsmisi hətta özünün də maddi sıxıntılar çəkdiyini deyib:
“O zaman ölkə xarabalığa çevrilmişdi. Maddi baxımdan vəziyyət çətin idi. Həmin vaxt nazirlikdəki işimə gəlmək üçün metroya çatacaq qədər maaş alırdım. Çox az idi. Məsələn, ABŞ Xarici İşlər Nazirliyində kiminsə 100 dollar maaşa işləyəcəyini düşünmürəm. Amma bizdə elə olub. Mənim və iş yoldaşlarımın pulumuz olmadığı üçün yeməyi evdən gətirirdik. O illərdə çinli turistlərə tərcüməçilik edərək də pul qazanmağa çalışırdım. Həmin dövrdə nazirliyə pul və şöhrət üçün deyil, dövlətə xidmət üçün gələn çox insan vardı”.
Əliyar Xəlil
Globalinfo.az