Amerikalı siyasətçi, keçmiş dövlət katibi Hilari Klinton Prezident Donald Trampın Yaxın Şərqdə sülhə nail olmasını yüksək qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, digər sabiq dövlət katibi Kandoliza Rays da Klintonun fikirlərinə qatılıb və Trampı təqdir etdiyini bildirib.
“Mən həqiqətən də prezident Trampı və onun administrasiyasını, eləcə də regiondakı ərəb liderləri 20 bəndlik plana sadiqlik nümayiş etdirdiklərinə görə alqışlayıram”, – Klinton bildirib.
Rays, “sülh sazişi davamlı olacaqmı?”, -sualına cavab olaraq Yaxın Şərq regionunda belə bir məsələdə heç kimin dəqiq fikir səsləndirə bilməyəcəyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az