makron yeni

“Mən hazırkı vəzifəmi tərk etmək niyyətində deyiləm. Ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətimi davam etdirəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Unutmayın ki, fransız xalqının bizə verdiyi mandat xidmət etmək, sadə fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir”, o bildirib.

Qeyd edək ki, Fransanın baş naziri Sebastian Lekornunun istefasından sonra prezident Emmanuel Makrondan da eyni addımın atılması tələb olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: