ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff Qəzza zolağında atəşkəs razılaşmasına gətirib çıxaran danışıqlarda əsas rol oynadıqları üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, qlobal liderlərə minnətdarlığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Təl-Əvivdə keçirilən mitinqdə çıxış edən Uitkoff ərəb və müsəlman liderlərini, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər rəhbərliyini atəşkəs razılaşmasının təmin edilməsində mühüm rol oynadıqlarına görə tərifləyib.
Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs Qəzzada vəziyyəti sabitləşdirmək və gələcək sülh səyləri üçün əsas məqsəd daşıyır.














