Kiyevdə baş verən hadisələr dərin böhrandan xəbər verir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kiyevdə korrupsiya qalmaqallarının səbəb olduğu dərin siyasi böhrandan xəbər verən hadisələr cərəyan edir. Düşünürəm ki, “bu, son nəticədə nəyə gətirib çıxaracaq?” sualına indi heç kim cavab verə bilməz”, – Kreml sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, nəticələr çox fərqli ola bilər.
Tahir Turan
Globalinfo.az